Lənkəranda avtomobil su kanalına aşıb, 5 nəfər xəsarət alıb - FOTO

Lənkəranda avtomobil su kanalına aşıb, 5 nəfər xəsarət alıb - FOTO Yararılardan üçünün vəziyyəti ağırdır
Hadisə
19 Fevral , 2016 21:56
Lənkəranda avtomobil su kanalına aşıb, 5 nəfər xəsarət alıb - FOTO

Bakı. 19 fevral. REPORT.AZ/ Lənkəran-Boradigah şossesinin Cil kəndi ərazisində beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, "44 BB 482" dövlət nömrə nişanlı “VAZ-21015” markalı avtomobil idarəetməni itirərək su arxına aşıb.

Yararılardan üçünün vəziyyəti ağırdır. 

Xəsarət alanların adları məlum olub. Bunlar, Lənkəran şəhər sakinləri: 1996 il təvəllüdlü Abdullazadə İbrahim Yusif oğlu, 1991-ci il təvəllüdlü Muradov Arif Rasif oğlu, 1994-cü il təvəllüdlü İsmayılzadə İlkin Azər oğludur. Yaralananlar arasında sürücü - 1995-ci il təvəllüdlü Lənkəran rayonu Digah kənd sakini Heydərov Orxan Əkrəm oğlu da var. Bir sərniş isə xəsarəti yüngül olduğundan ambulator müayinədən sonra evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi