​Lənkəranda avtomobil kanala düşüb, sürücü maşından çıxarılıb

​Lənkəranda avtomobil kanala düşüb, sürücü maşından çıxarılıb Hadisə bu gün gecə saatlarında baş verib
Hadisə
3 İyun , 2015 03:07
​Lənkəranda avtomobil kanala düşüb, sürücü maşından çıxarılıb

Bakı. 03 İyun. REPORT.AZ/ Bu gün gecə saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində “VAZ” markalı minik avtomobili kanala düşüb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi