Lənkəranda 8 yaşlı uşağı maşın vurub - FOTO

Lənkəranda 8 yaşlı uşağı maşın vurub - FOTO Yaralı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib
Hadisə
6 İyun , 2016 13:17
Lənkəranda 8 yaşlı uşağı maşın vurub - FOTO

Lənkəran. 6 iyun. REPORT.AZ/ Lənkəranda 8 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosu xəbər verir ki, qəza şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. 

Belə ki, Lənkəran şəhəri, Səttarxan küçəsi, 102 ünvanında yaşayan, 1960-cı il təvəllüdlü Rəfail Mirzəli oğlu Rzayev idarə etdiyi 90-NG-068 dövlət qeydiyyatı nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsinin sakini, 2008-ci il təvəllüdlü Zəhra Müşviq qızı Teymurlunu vurub. 

Yaralı sol baldır sümüyünün sınığı diaqnozu ilə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi