​Lənkəranda 56 yaşlı yerli sakin bıçaqlanıb

​Lənkəranda 56 yaşlı yerli sakin bıçaqlanıb Yaralının vəziyyəti ağırdır
Hadisə
26 May , 2016 22:34
​Lənkəranda 56 yaşlı yerli sakin bıçaqlanıb

Lənkəran. 26 may. REPORT.AZ/ Lənkəran şəhərinin Velədi kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1960-cı il təvəllüdlü Məmmədov Şəmsəddin Əli oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb.

Hadisəni törədənin "Maçan" ləqəbli yerli sakin Miriyev İsaq Saleh oğlu olduğu bildirilir. Bıçaq xəsarətləri alan Ş.Məmmədov Cərrahi bloka yerləşdirilib. Qarın ve boyun nahiyələrindən kəsilmiş-deşilmiş yaralar alan zərərçəkən xeyli miqdarda qan itirib. Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma başlanıb.

Son xəbərlər

Orphus sistemi