Lənkəranda 2 yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb

Lənkəranda 2 yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb Digər yaralı travmatologiya şöbəsinə yerləşdirilib
Hadisə
15 İyul , 2015 16:44
Lənkəranda 2 yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb

Bakı. 15 iyul. REPORT.AZ/ Lənkəranda 2 ağır tonajlı yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb. "Report" xəbər verir ki, hadisə Ələt-Astara magistralının 182-ci km-də, Lənkəran rayonunun Qumbaşı kəndindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində xəsarət alan iki nəfərdən biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi