​Lənkəranda 17 bıçaq zərbəsi alan şəxsin vəziyyəti normallaşıb

​Lənkəranda 17 bıçaq zərbəsi alan şəxsin vəziyyəti normallaşıb “Məni həyata həkimlər qaytarıb”
Hadisə
13 İyun , 2016 11:44
​Lənkəranda 17 bıçaq zərbəsi alan şəxsin vəziyyəti normallaşıb

Lənkəran. 13 iyun. REPORT.AZ/ Lənkəran rayonunun Velədi kəndində 17 bıçaq zərbəsi vurulan 56 yaşlı Şəmsəddin Məmmədov sağalıb.

Bu barədə “Report”un Cənub bürosuna Ş.Məmmədov özü məlumat verib.

O bildirib ki, həmyerlisi “Maçan” ləqəbli İsaq Saleh oğlu Miriyev tərəfindən amansızlıqla bıçaqlanıb: “Mən hadisə zamanı maşın sürürdüm. "Maçan" məni saxladıb qohumunun evinə aparmağı xahiş etdi və qabaq oturacaqda oturdu. Mən maşını sürəndə o heç bir söz demədən mənə bıçaq zərbələri endirdi. Mən maşın sürdüyümə görə ona müqavimət göstərə bilmirdim. 17 bıçaq zərbəsi almışdım və çoxlu qan itirmişdim. Həmyerlilərim məni ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Mənim qana olan ehtiyacımı həmkəndlilərim ödəyib və buna görə hər kəsə təşəkkür edirəm”.

Ş.Məmmədov onu yenidən həyata qaytaran həkimlərə də minnətdarlıq edib: “Həmişə öz peşələrinə sadiq qalan Lənkəran həkimlərinə minnətdaram. Çünki məni yenidən həyata həkimlər qaytarıb”.

Qeyd edək ki, bu il mayın 26-da Şəmsəddin Əli oğlu Məmmədov həmkəndlisi “Maçan” ləqəbli İsaq Saleh oğlu Miriyev tərəfindən bıçaqlanıb. Yaralı 17 bıçaq zərbəsi ilə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İ.Miriyev isə tutulub. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi