Lənkəran və Lerikdə əsən güclü külək bir sıra fəsadlar yaradıb

Lənkəran və Lerikdə əsən güclü külək bir sıra fəsadlar yaradıb Lerikdə kənd əhalisi işıqsız qalıb
Hadisə
19 Yanvar , 2016 12:34
Lənkəran və Lerikdə əsən güclü külək bir sıra fəsadlar yaradıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Lerik rayonunda əsən güclü külək  yenidən əhalinin işıqsız qalmasına səbəb olub. "Report"un məlumatına görə, kəndlərə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Rayonun mərkəzində  isə elektrik enerjisi fasilələrlə verilir. Sakinlərin bildirdiyinə görə, güclü külək elektrik təsərrüfatından başqa evlərin dam örtüklərinə də ziyan vurub. Bəzi yerlərdə küləyin gücündən istinad divarları aşıb. Hazırda külək səngisə də problemlər qalmaqdadır.
Lənkəranda isə bu gün səhər saatlarından əsməyə başlayan güclü külək səbəbi bir sıra fəsadlar yaradıb. Rayonun Səttərxan küçəsindəki beş mərtəbəli, iki bloklu yaşayış bunasının dam örtüyünü külək qoparıb. Bir neçə yerdə hündür çinar ağacları yola aşıb. Elektrik naqilləri qırılıb və nəticədə rayon ərazisində müxtəlif yerlərdə enerji fasilələri yaranıb.

Son xəbərlər

Orphus sistemi