Lənkəran sakininin əkin sahəsindən 274 çətənə kolu aşkarlanıb - FOTO

Lənkəran sakininin əkin sahəsindən 274 çətənə kolu aşkarlanıb - FOTO Onun üzərində 1 kiloqram qurudulmuş marixuana və tüfəng olub
Hadisə
8 İyun , 2016 16:23
Lənkəran sakininin əkin sahəsindən 274 çətənə kolu aşkarlanıb - FOTO

Lənkəran. 8 iyun. REPORT.AZ/ Lənkəran rayonunda axtarışda olan şəxsin əkin sahəsindən narkotik vasitələr aşkar olunub.

Bu barədə "Report"un Cənub bürosunun müxbirinə Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) bildirilib.

Məlumata görə, şöbənin Cinayət-Axtarış Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı rayonun Digah kənd sakini 34 yaşlı Anar Xubəli oğlu Məmmədova məxsus torpaq sahəsində 274 ədəd xüsusi aqrotexniki qulluq olunmuş çətənə kolları aşkar olunub.

A.Məmmədov saxlanılan zaman onun üzərindən 1 kiloqram qurudulmuş marixuana və 1 tüfəng aşkar olunub.

Saxlanılan şəxs əvvəllər məhkum olunub. Sonuncu dəfə oğurluq cinayətində şübhəli olduğu üçün axtarışda olub.

Son xəbərlər

Orphus sistemi