​Lənkəran sakini laqunda ilə işləyərkən xəsarət alıb - FOTO

​Lənkəran sakini laqunda ilə işləyərkən xəsarət alıb - FOTO Hadisə tikintidə ehtiyatsızlıqdan baş verib
Hadisə
11 İyul , 2016 20:46
​Lənkəran sakini laqunda ilə işləyərkən xəsarət alıb - FOTO

Bakı. 11 iyul. REPORT.AZ/ Lənkəran rayonunda tikintidə çalışan fəhlə ciddi xəsarət alıb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Liman şəhərində baş verib. 

Belə ki, şəhər sakini, 31 yaşlı Fərman Cavadlı fərdi tikinti sahəsində motorlu kəsici alətlə (laqunda) işlədiyi zaman ehtiyatsızlıqdan özünə xəsarət yetirib. Hadisənin şahidi olan iş yoldaşları onun tavan hissədə bərkidilmiş taxta lövhəni kəsdiyi zaman ehtiyatsızlıq etdiyini görüblər. Üzüyuxarı çalışdığı an əlində sürətlə fırlanan diskli kəsici alət onun alın və sifətinin sağ tərəfini kəsib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunub. 

Son xəbərlər

Orphus sistemi