Lənkəran ərazisinə yağan leysan yağışın hansı kəndlərə daha çox ziyan vurduğu açıqlanıb

Lənkəran ərazisinə yağan leysan yağışın hansı kəndlərə daha çox ziyan vurduğu açıqlanıb İcra Hakimiyyəti: "Ötən gecə bir metr yarıma qədər yüksələn sel suları 30-40 sm-ə qədər azalıb"
Hadisə
17 Oktyabr , 2015 16:48
Lənkəran ərazisinə yağan leysan yağışın hansı kəndlərə daha çox ziyan vurduğu açıqlanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyəti ötən gecə yağan leysan yağışın hansı kəndlərə daha çox ziyan vurduğunu açıqlayıb.  

Şəhər İcra Hakimiyyəti Aparatının ərazi və yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev "Report"a bildirib ki, ötən gecə Lənkəran ərazisində daha da intensivləşən yağıntı 10-dan çox kənddə yüzlərlə həyətlərin su altında qalmasına səbəb olub: "Yağıntının sutka ərzində normadan 50 faiz artıq yağması, dağətəyi ərazilərdə 138 mm, şəhər ərazisində isə 93 mm-dən artıq düşməsi Lənkəran və Girdəni çaylarının məcrasından çıxmasına səbəb olub. Hirkan qəsəbəsi, Bürcəli, Türkəkəran, Daşdalığjar, Xolmili, Şağlakücə, Yuxarı Nüvədi, Girdəni, Siyavar və digər kəndlərdə şəxsi təsərrüfatlara ciddi ziyan vurub. Siyavar kəndində vəziyyət nisbətən normallaşsa da, həyətlərdə yığılan artıq sular hələ də çəkilməyib. Ötən gecə bir metr yarıma qədər yüksələn sel suları 30-40 sm-ə qədər azalıb". 

Siyavar kəndinin sel sularına daha çox məruz qaldığını deyən şöbə müdiri qeyd edib ki, bu kəndin ərazisindən çayın iki qolu keçərək dənizə tökülür: "Kənd Xəzər sahilinə yaxın ərazidə yerləşir. Aradan paralel olaraq dəmiryolu keçir və suyun dənizə axınına mane olur. Çayda suyun səviyyəsi həddindən artıq yüksəldiyindən daşaraq hər iki tərəfdən kəndi basıb. Gələcəkdə də bu cür problemlərin yaşanmaması üçün dəmiryolunun altından iki yerdə suötürücülərin tikilməsinə ehtiyac var. Bunun üçünsə əlaqədar qurumlar tədbir görməlidir".

Son xəbərlər

Orphus sistemi