Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiyanın Kuznetsk şəhərində ölmüş vəziyyətdə tapılan qadını Azərbaycanda dəfn edəcəklər.
"Report" Rusiya KİV-inə istinad xəbər verir ki, 24 yaşlı qadının meyiti oktyabrın 1-də günortadan sonra Pravda küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında tapılıb. Onun 4 və 2 yaşlı iki qız övladı var.
Ölümün səbəbləri araşdırılır.
Mərhumun həyat yoldaşı qadını vətənində dəfn etmək üçün meyiti Azərbaycana gətirib.