Kürün üzərindəki körpüdə mikroavtobusla toqquşan yük maşını dərəyə yuvarlanıb, xəsarət alanlar var - FOTO

Kürün üzərindəki körpüdə mikroavtobusla toqquşan yük maşını dərəyə yuvarlanıb, xəsarət alanlar var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Oktyabr , 2015 15:02
Kürün üzərindəki körpüdə mikroavtobusla toqquşan yük maşını dərəyə yuvarlanıb, xəsarət alanlar var - FOTO

Bakı. 28 oktyabr. REPORT.AZ/ Salyan rayonunda Kür çayı üzərindəki körpüdə yük maşını ilə mikroavtobus toqquşub. "Report"un xəbərinə görə, Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində qeydə alınan hadisə zamanı iki nəfər xəsarət alıb.

Belə ki, Yevlax rayon sakini, 1959-cu il təvəllüdlü Şahin Cəlil oğlu Nağıyevin idarə etdiyi "Mercedes" markalı yük maşını hərəkətdə olarkən Salyan rayon sakini, 1958-ci il təvəllüdlü Həmid Gülbala oğlu Həmidovun idarə etdiyi mikroavtobusla toquşub. Nəticədə yük maşını idarəetməni itirərək 15 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücülər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi