Bakı. 17 sentyabr. REPORT.AZ/ Kürdəxanıda yolu keçmək istəyən şəxsi maşın vurub.
“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 16-da saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini Hüseyn Hüseynov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən qəsəbə sakini Şakir Əzizovu vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.