Bakı. 17 fevral. REPORT.AZ/ Kürdəmirdə yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Bu barədə "Report"a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Kürdəmir rayonu Carlı kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 10 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.