Kürdəmirdə silahlı insident baş verib - FOTO

Kürdəmirdə silahlı insident baş verib - FOTO ​Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalara başlanılıb
Hadisə
29 İyun , 2016 13:01
Kürdəmirdə silahlı insident baş verib - FOTO

Kürdəmir. 29 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda silahlı atışma olub. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Qarabucaq kəndi ərazisində baş verib.
Belə ki, Göyçay rayonunun İnçə kənd sakinləri - Zaur Rafael oğlu Cabbarov və Namiq Yaqub oğlu Hacıyev Kürdəmir rayonunun sözügedən kəndinə ov etmək üçün gediblər. Bir neçə saat ov etdikdən sonra əldə edilən qəniməti bölmək üçün həmkəndlilər razılığa gələ bilməyiblər və aralarında mübahisə yaranıb. Nəticədə N.Hacıyev tüfənglə Z.Cabbarovu vurub. Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub: "Xəstənin qarın və böyrək nayihələrindən əməliyyat edilib, vəziyyəti ağır olaraq qalır".
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi