Kürdəmirdə polis reydi: 100-ə yaxın avtomobil saxlanılıb - FOTO

Kürdəmirdə polis reydi: 100-ə yaxın avtomobil saxlanılıb - FOTO Toy karvanında avtomobilin nömrəsini gizlətməklə hərəkət edən sürücü yol polisinin "saxla" əmrinə tabe olmayıb
Hadisə
15 Avqust , 2015 16:39
Kürdəmirdə polis reydi: 100-ə yaxın avtomobil saxlanılıb - FOTO

Bakı. 15 avqust. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Təmiz hava" aylığı çərçivəsində ölkə ərazisində reydlərə başlayıb. 

"Report"un məlumatına görə, Kürdəmir polisi də atmosferi çirkləndirən avtomobillərə, eyni zamanda, yol hərəkəti qaydalarını pozan sücülərə qarşı reydlər keçirib. 

Reyd zamanı avtomobili normadan artıq dəm qazı ixrac edən sürücü saxlanılıb. Yol polisinin protokol tərtib ediləcəyini görən sürücü bununla razılaşmayıb, iradlarını bildirib. Eyni zamanda, toy karvanında avtomobilin nömrəsini gizlətməklə hərəkət edən sürücü də aşkar olunub. Yol polisi qaydanı pozan sürücüyə "saxla" əmri versə də, o, əmrə tabe olmayaraq yoluna davam edib. Sonda polis onu saxlamağa nail olub. Qayda pozaraq "saxla" əmrinə tabe olmayan sürücü hərəkətini müxtəlif səbəblərlə izah edib. 

Yol polisi tərəfindən saxlanılan sürücülərin bəziləri avtomobilinin ekologiyaya ziyan vurmasından xəbərsiz olduğunu deyərək,  bunu yanacağın keyfiyyətsiz olması və avtomobillərinin düzgün işləməməsi ilə izah ediblər. 

Reyd zamanı bir neçə sürücünün sürət həddini aşması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində saxlanması, sənədlərinin qaydasında olmaması, eyni zamanda, avtomobillərə əlavə avadanlıq quraşdırılması faktları aşkar edilib. 

Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb, 52 sürücüyə atmosferi çirkləndirdiyinə, 15 sürücüyə isə digər inzibati xətalara görə protokol tərtib olunub.

Xatırladaq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Son xəbərlər

Orphus sistemi