​Kürdəmirdə iki yük maşını toqquşub, 1 nəfər ölüb

​Kürdəmirdə iki yük maşını toqquşub, 1 nəfər ölüb Hadisə səhər saatlarında Bakı-Qazax yolunda baş verib
Hadisə
12 Avqust , 2016 06:49
​Kürdəmirdə iki yük maşını toqquşub, 1 nəfər ölüb

Kürdəmir. 12 avqust. REPORT.AZ/ Səhər saat 6 radələrində Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 215-ci kilometrliyində, rayonun Qarabucaq kəndi ərazisində qeydə alınıb.

Qazax istiqamətində hərəkətdə olan "Kamaz" markalı yük maşını eyni istiqamətdə yolun kənarında dayanmış "MAZ" markalı digər yük maşınına çırpılıb. Nəticədə avtomaşının sürücüsü hadisə yerində dünyasını dəyişib.

Qəza yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Maşında sıxılmış vəziyyətdə qalan sürücü onlar tərəfindən çıxarılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi