Kürdəmirdə iki qardaşı güllələyən şəxs tutulub

Kürdəmirdə iki qardaşı güllələyən şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Fevral , 2016 11:53
Kürdəmirdə iki qardaşı güllələyən şəxs tutulub

Bakı. 26 fevral. REPORT.AZ/ Kürdəmirdə iki qardaşı güllələyən şəxs tutulub. "Report" xəbərə verir ki, fevralın 25-də Kürdəmir rayonunda rayon sakini Məhəmmədəli Abdullayev həmyerlisi Natiq Dəmirovun evində olarkən aralarında baş vermiş münaqişə zamanı M.Abdullayev N.Dəmirova və qardaşı Raqifə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev tutulub, hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Arthems” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi