Kürdəmirdə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb

Kürdəmirdə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb Qəza zamanı 3 nəfər xəsarət alıb
Hadisə
4 Dekabr , 2014 16:57
Kürdəmirdə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. "Report"un məlumatına görə, hadisə bu gün saat 13 radələrində Kürdəmir və İmişli rayonlarının sərhədində yerləşən Kür körpüsünün yaxınlığında qeydə alınıb.

Belə ki, Qorxmaz Musayev sükan arxasında olduğu "Vaz 2107" markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq kənardakı dərəyə yuvarlanb. Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər Ayşən Musayeva və Əlizamin Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi