​Kürdəmirdə avtomobil yanıb, sürücüsü xəsarət alıb

​Kürdəmirdə avtomobil yanıb, sürücüsü xəsarət alıb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
3 İyul , 2016 17:55
​Kürdəmirdə avtomobil yanıb, sürücüsü xəsarət alıb

Bakı. 3 iyul. REPORT.AZ/ Kürdəmir rayonunun Atakişili kəndində vətəndaşa məxsus minik avtomobilinin yanar hissələri və yol kənarındakı kol-kos 3 kv.m sahədə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı avtomobilin sürücüsü yanıq xəsarətləri alıb və yanğınsöndürənlər tərəfindən Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi