Kürdəmirdə avtomobil aşıb, iki qadın xəsarət alıb - FOTO

Kürdəmirdə avtomobil aşıb, iki qadın xəsarət alıb - FOTO Hadisə Bakı-Qazax yolunun 196-cı kilometrliyində qeydə alınıb
Hadisə
5 Fevral , 2016 23:19
Kürdəmirdə avtomobil aşıb, iki qadın xəsarət alıb - FOTO

Bakı. 5 fevral. REPORT.AZ/ Bakı-Qazax yolunun 196-cı kilometrliyində, yolun Kürdəmir rayonundan keçən hissəsində qəza baş verib.

"Report" xəbər verir ki, Bakı sakini Sakit Cəfərov "Hyundai" markalı minik maşını ilə hərəkətdə olarkən, idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə maşında olan sərnişinlər - Bakı şəhər sakinləri - 51 yaşlı Reyhan Abdullayeva və 12 yaşlı Fidan Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi