​Kürdəmirdə 14 yaşlı şəxs itkin düşüb - FOTO

​Kürdəmirdə 14 yaşlı şəxs itkin düşüb - FOTO Bununla bağlı rayon polis şöbəsində əməliyyat axtarış qrupu yaradılıb
Hadisə
7 İyul , 2016 17:46
​Kürdəmirdə 14 yaşlı şəxs itkin düşüb - FOTO

Şabran. 7 iyul. REPORT.AZ/ Kürdəmir rayon Şahsevən kənd sakini Aslan Mahmud oğlu Abdullayev iyunun 20-də evdən cıxıb və bir daha geri qayıtmayıb.

"Report"un Şirvan üzrə muxbirinin xəbərinə görə, 17 gündir itkin düşən 2002-ci il təvəllüdlü  A.Mahmudovun valideynləri Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə məlumat veriblər. Bununla bağlı rayon polis şöbəsində əməliyyat axtarış qrupu yaradılıb. 

İtkin düşən 14 yaşlı şəxsin əlamətləri belədir: boyu 1.5 metr, gözləri şabalıdı, arıq bədən qurluşlu, sifətində sağ tərəfində xalı var.

Bu şəxsi görənlərdən 070 726-26- 44 nömrəsinə məlumat vermələri xahiş olunur.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi