​Kürdəmir və Ağstafa rayonlarında evlərdə yanğın olub

​Kürdəmir və Ağstafa rayonlarında evlərdə yanğın olub Hadisə yerlərinə FHN-in əməkdaşları cəlb olunub
Hadisə
3 Fevral , 2015 05:12
​Kürdəmir və Ağstafa rayonlarında evlərdə yanğın olub

Bakı. 3 fevral. REPORT.AZ/ Ötən gün Kürdəmir və Ağstafa rayonlarında iki yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Ağstafa rayonu S.Vurğun qəsəbəsində vətəndaşa məxsus birmərtəbəli 4 otaqlı evin 2 otağı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər hadisə isə Kürdəmirdə, R.Rəhimov küçəsində qeydə alınıb. Burada vətəndaşa məxsus birmərtəbəli 4 otaqlı evin bir otağında “CASPER” markalı kompüter prosessoru və geyim əşyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi