Kürdəmir sakini 86 yaşlı qadının evinə basqın edib

Kürdəmir sakini 86 yaşlı qadının evinə basqın edib Kürdəmir rayonunda quldurluq hadisəsi olub.
Hadisə
9 Sentyabr , 2021 12:56
Kürdəmir sakini 86 yaşlı qadının evinə basqın edib

Kürdəmir rayonunda quldurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Rayon Polis Şöbəsinə sentyabrın 8-də Yenikənd kəndində yaşayan 86 yaşlı G.Məmmədovanın evə girən bir nəfərin onu döyərək pul verməsini tələb etməsi, lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini R.Bəşirov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi