Kür çayında suyun səviyyəsi artıb - FOTO

Kür çayında suyun səviyyəsi artıb - FOTO Mütəxəssislərin fikrincə, bundan sonra çayın səviyyəsi 1-1,5 metr qalxarsa, qrunt suları üzə çıxmaqla əhali üçün təhlükə yarada bilər
Hadisə
6 Noyabr , 2015 19:22
Kür çayında suyun səviyyəsi artıb - FOTO

Bakı. 6 noyabr. REPORT.AZ/ Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli qalxıb. "Report" xəbər verir ki, son günlər havaların yağışlı-yağmurlu keçməsi Kür çayına da öz təsirini göstərib. Xüsusilə çayın Salyan rayonu ərazisindən keçən hissəsində bu daha çox müşahidə olunur. 

Belə ki, son bir həftədə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metrəyə yaxın qalxıb. Kür çayının səviyyəsi sürətlə qalxdığından bir müddət bundan öncə quruda olan su nasosları artıq çayın ortasında qalıb. Bu da su nasoslarının işlədilməsində çətinliklər yaradıb. Hazırda Kür çayında saniyədə 300-350 kubmetr su sərfi var.

Mütəxəssislərin fikrincə, bundan sonra çayın səviyyəsi 1-1,5 metr qalxarsa, qrunt suları üzə çıxmaqla əhali üçün təhlükə yarada bilər.

Son xəbərlər

Orphus sistemi