Külli miqdarda narkotik maddə ilə tutulan şəxsə hökm oxunub

Külli miqdarda narkotik maddə ilə tutulan şəxsə hökm oxunub Nağı Həmidov 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
15 Dekabr , 2015 12:20
Külli miqdarda narkotik maddə ilə tutulan şəxsə hökm oxunub

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nağı Həmidovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Həmidov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Həmidov DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən külli miqdarda narkotik maddə aşkarlanıb. N.Həmidov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi