Komidə həmvətəni tərəfindən öldürülən azərbaycanlı vətənində basdırılacaq

Komidə həmvətəni tərəfindən öldürülən azərbaycanlı vətənində basdırılacaq Onun qətlində şübhəli bilinən Şahin Əliyevin həyatını xilas etmək mümkün olub
Hadisə
28 Yanvar , 2016 17:15
Komidə həmvətəni tərəfindən öldürülən azərbaycanlı vətənində basdırılacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Rusiyalı həkimlər bir neçə saat davam edən əməliyyatdan sonra həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı gizir Şahin Əliyevin həyatını xilas edə bilib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Xatırladaq ki, dünən səhər saatlarında Rusiyanın Komi Respublikasının Mikun şəhərində yerləşən islah-əmək müəssisəsində gizir Şahin Əliyev həmkarı Xalid Həsənova atəş açmışdı. Sonuncu yerindəcə ölmüş, Ş.Əliyev isə bu hadisədən sonra intihara cəhd etmişdi.

Dünənki əməliyyatların ardından Ş.Əliyevin vəziyyəti ağırdır, amma yerli həkimlər onun həyatını xilas edə bilib.

Öz növbəsində, "Azərbaycan" regional-ictimai təşkilatının Komidəki rəhbəri Akif Mikayılov xəbər verib ki, çox güman Xalid Həsənov vətəni Azərbaycanda dəfn ediləcək.

Fakt üzrə istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi