"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Nizami rayonu ərazisində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə dərhal FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.