​Kiyevdə azərbaycanlı Türkiyə vətəndaşını silahla hədələyərək qarət edib

​Kiyevdə azərbaycanlı Türkiyə vətəndaşını silahla hədələyərək qarət edib O, zərərçəkənin 20 min qrivnasını və mobil telefonunu əlindən alıb
Hadisə
9 May , 2015 19:37
​Kiyevdə azərbaycanlı Türkiyə vətəndaşını silahla hədələyərək qarət edib

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan vətəndaşı mayın 8-də Kiyevin Şevçenkovski rayonunda Türkiyə vətəndaşını pnevmatik tapança ilə hədələyərək qarət edib.

"Report" xəbər verir ki, bu barədə milisdəki mənbəyə istinadən "112.ua" nəşri məlumat yayıb.

O, zərərçəkənin 20 min qrivnasını və mobil telefonunu əlindən alıb, daha sonra onun özünü də "Mitsubishi" markalı avtomobilə mindirərək şəhərdən çıxartmaq istəyib.

Həmyerlimiz saxlanılıb, pul və telefon sahibinə qaytarılıb. İki maddə - "Oğurluq" və "Qanunsuz azadlıqdan məhrumetmə" üzrə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi