Keçmiş polis əməkdaşının məhkəməsində dövlət ittihamçısı dəyişdirilib

Keçmiş polis əməkdaşının məhkəməsində dövlət ittihamçısı dəyişdirilib Məhkəmənin hazırlıq iclası noyabrın 18-nə təyin edilib
Hadisə
12 Noyabr , 2015 13:21
Keçmiş polis əməkdaşının məhkəməsində dövlət ittihamçısı dəyişdirilib

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi proses dövlət ittihamçısının dəyişdirilməsi ilə əlaqədar olaraq, təxirə salınıb.

Məhkəmənin hazırlıq iclası noyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli qərarı ilə Fərid Azayev barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Faiq Azayev barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi