​Keçmiş icra başçısının həbsdə olan qızı barəsindəki hökmdən apellyasiya şikayəti verib

​Keçmiş icra başçısının həbsdə olan qızı barəsindəki hökmdən apellyasiya şikayəti verib Məhkəmənin ilkin baxış iclası noyabrın 4-nə təyin edilib
Hadisə
30 Oktyabr , 2015 18:24
​Keçmiş icra başçısının həbsdə olan qızı barəsindəki hökmdən apellyasiya şikayəti verib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Nigar Abdullayevanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.

Bu il sentyabrı ayının 22-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunan N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi