​Keçmiş ərini öldürməkdə təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb

​Keçmiş ərini öldürməkdə təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib
Hadisə
18 Avqust , 2016 09:56
​Keçmiş ərini öldürməkdə təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim İqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Nəsimi rayonunda baş verib. S.İmanova keçmiş ərini bıçaqla qətlə yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan S.İmanova hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İmanova 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Xatırladaq ki, S.İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi