​Keçmiş deputatın anası DİN-i məhkəməyə verib

​Keçmiş deputatın anası DİN-i məhkəməyə verib İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
9 Sentyabr , 2015 11:52
​Keçmiş deputatın anası DİN-i məhkəməyə verib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Abdullayeva Zeynəb Bayraməli qızı Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini (BMC) məhkəməyə verib.

“Report”un xəbərinə görə, Z.Abdullayeva ona ölkədən çıxması üçün qoyulan məhdudiyyətin aradan qaldırılmasını tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Zeynəb Abdullayeva “Araz İNC” MMC-nin sahibi və sabiq deputat, Azərbaycanda barəsində cinayət işi başlanmış Hüseyn Abdullayevin anasıdır.  

Son xəbərlər

Orphus sistemi