Keçən ay axtarışda olan 388 nəfər Azərbaycandan çıxmaq istəyərkən tutulub

Keçən ay axtarışda olan 388 nəfər Azərbaycandan çıxmaq istəyərkən tutulub Bu ilin noyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 40 nəfər saxlanılıb
Hadisə
15 Dekabr , 2015 10:54
Keçən ay axtarışda olan 388 nəfər Azərbaycandan çıxmaq istəyərkən tutulub

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 35 halda 40 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, onların 23 nəfəri Azərbaycan, 3 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla İran İslam Respublikası, Nigeriya, Tacikistan, Banqladeş, Pakistan, Liberiya, hər ölkədən bir nəfər olmaqla Qazaxıstan və İraq vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 17 nəfər, Xəzər dənizində 29 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 388 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 9 halda 2 kiloqram 445 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Noyabrın 12-də "Astara" sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Məmmədov Emil Hidayət oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı AZ 90-GD-883 dövlət qeydiyyat nömrəli avtomaşının salonundan 2 kq 200 qram heroin aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində 52 halda ümumi dəyəri təqribən 383 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd tapança, 2 ədəd tüfəng, 78 ədəd patron, 1 ədəd pnevmatik tapança, 6920 ədəd pirotexniki vasitə, 10 507 qutu siqaret, 61 400 ABŞ dolları, 18 540 Azərbaycan manatı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

Son xəbərlər

Orphus sistemi