​Paytaxt ərazisində restoran yanıb

​Paytaxt ərazisində restoran yanıb Hadisə Suraxanı rayonunda qeydə alınıb
Hadisə
11 Yanvar , 2015 16:06
​Paytaxt ərazisində restoran yanıb
Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün günorta saatlarında Bakının Suraxanı rayonunda mansart tipli taxta konstruksiyalardan ibarət birmərtəbəli “Kaspian Beach” restoranının dam örtüyü yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, müəssisənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi