“Kapital Bank” nazirliyin qurumunu məhkəməyə verib

“Kapital Bank” nazirliyin qurumunu məhkəməyə verib Bank kredit borcunun qaytarılmasını tələb edir
Hadisə
24 Sentyabr , 2015 14:24
“Kapital Bank” nazirliyin qurumunu məhkəməyə verib

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) Elektron Hesablayıcı Maşınlar zavodu (EHMZ) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) "Cihaz" İstehsalat Birliyini (İB) məhkəməyə verib.

"Report”un xəbərinə görə, bank kredit borcunun qaytarılmasını tələb edir. İddia olunan kredit borcunun məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Kapital Bank" "Azərbaycan Əmanət Bankı"nın varisi kimi 140 ildən çoxdur fəaliyyət göstərir.

Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılıb, tikintisi 1972-1986-cı illərdə aparılıb. 1993-2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib. 2006-cı ildən isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir.

Son xəbərlər

Orphus sistemi