“Kapital Bank”ın bankomatı partladılıb - FOTO

“Kapital Bank”ın bankomatı partladılıb - FOTO Bankomatdan oğurluğa cəhd olub
Hadisə
28 İyul , 2015 13:42
“Kapital Bank”ın bankomatı partladılıb - FOTO

Bakı. 28 iyul. REPORT.AZ/ Abşeron rayonunda “Kapital Bank” ASC-yə məxsus bankomatdan oğurluğa cəhd olub. “Report” xəbər verir ki, gecə saatlarında rayonun Saray qəsəbəsində naməlum şəxs və ya şəxslər ASC-nin bankomatını oradakı pulları götürmək məqsədilə sındırıblar. Hadisə zamanı bankomatın monitorunda partlayış baş verib. Soyğunçuluq etmək istəyənlər ərazidən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi