Azərbaycanda süni qiymət artımına görə 6 cinayət işi başlanılıb, 7 nəfər həbs olunub

Azərbaycanda süni qiymət artımına görə 6 cinayət işi başlanılıb, 7 nəfər həbs olunub "Süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir"
Hadisə
15 Yanvar , 2016 10:23
Azərbaycanda süni qiymət artımına görə 6 cinayət işi başlanılıb, 7 nəfər həbs olunub

Bakı. 15 yanvar. REPORT.AZ/ "Manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir".

"Report" xəbər verir ki, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2015-ci ilin dekabrın 29-da İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilən tədbirlər planının icrası ilə əlaqədar istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri həyata keçirilməkdədir: "Belə ki, son 10 gün ərzində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 6 cinayət işi başlanılıb, 7 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib". 

İdarə rəisi bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əsas vəzifələrindən biri ölkədə aparılan sosial-iqtisadi siyasətə təkan verməkdir.

Son xəbərlər

Orphus sistemi