Kafedə quldurluq edən şəxsə 10 il həbs cəzası verilib

Kafedə quldurluq edən şəxsə 10 il həbs cəzası verilib Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
16 Sentyabr , 2016 11:28
Kafedə quldurluq edən şəxsə 10 il həbs cəzası verilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü il N. Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Nəsimi rayonunda olan kafelerin birində baş verib. Nicat Əliyev kafedə yeyib içəndən sonra Pəhlivan adlı şəxsə qarşı quldurluq edərək pul tələb edib. O, pul ala bilməyib, yalnız zərərçəkən şəxsin telefonlarını ələ keçirib.

Son xəbərlər

Orphus sistemi