Kafedə iki nəfəri bıçaqlayan şəxsə hökm oxunub

Kafedə iki nəfəri bıçaqlayan şəxsə hökm oxunub Qüdrət Əbilov 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1 İyun , 2016 11:11
Kafedə iki nəfəri bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Qüdrət Əbilovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Qüdrət Əbilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Xətai rayonu ərazisində yerləşən Ordubad kafesində baş verib. Kafenin müştərisi olan Qüdrət Əbilov spirtli içkinin təsiri altında kafedə olan qohumlar Zamin və Elvin Əliyevlərlə mübahisə edib. Mübahisə zəminində Qüdrət Əbilov hər iki şəxsi bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb və həyatları xilas edilib.

Son xəbərlər

Orphus sistemi