​Kafedə iki nəfəri bıçaqlayan şəxs məhkəməyə müraciət edib

​Kafedə iki nəfəri bıçaqlayan şəxs məhkəməyə müraciət edib İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq
Hadisə
25 İyul , 2016 09:31
​Kafedə iki nəfəri bıçaqlayan şəxs məhkəməyə müraciət edib

Bakı. 25 iyul. REPORT.AZ/ Bakıda kafedə iki nəfəri bıçaqlamaqda və xuliqanlıqda təqsirləndirilən Qüdrət Əbilovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası iyulun 27-nə təyin edilib.

İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə bu il Xətai rayonu ərazisində yerləşən Ordubad kafesində baş verib. Kafenin müştərisi olan 1985-ci il təvəllüdlü Qüdrət Arif oğlu Əbilov spirtli içkinin təsiri altında kafedə olan qohumlar Zamin və Elvin Əliyevlərlə mübahisə edib. Mübahisə zəminində Q.Əbilov hər iki şəxsi bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb və həyatları xilas edilib. Daha sonra Q.Əbilov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunub.

İyun ayının 1-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Q.Əbilov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi