​Paytaxt sakini evində ölü tapılıb

​Paytaxt sakini evində ölü tapılıb K.Bodrovun cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
25 May , 2015 23:34
​Paytaxt sakini evində ölü tapılıb

Bakı. 25 may. REPORT.AZ/ Axşam saatlarında Bakının Nəsimi rayonunda mənzildə 1956-cı il təvəllüdlü Bodrov Kamil Tacəddin oğlu bağlı qapı arxasında qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.

K.Bodrovun cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:56-də başa çatmışdır.

Son xəbərlər

Orphus sistemi