​Jurnalist Fikrət Fərəməzoğlunun nədə ittiham edildiyi məlum olub

​Jurnalist Fikrət Fərəməzoğlunun nədə ittiham edildiyi məlum olub Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib
Hadisə
4 İyul , 2016 12:13
​Jurnalist Fikrət Fərəməzoğlunun nədə ittiham edildiyi məlum olub

Bakı. 4 iyul. REPORT.AZ/ Nərimanov Rayon Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində həbs-qətimkan tədbiri seçib.

Bu barədə "Report"a vəkil Nemət Kərimli məlumat verib.

O bildirib ki, F.Fərəməzoğlu hədə-qorxu ilə pul tələb etmədə ittiham olunur. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. 

Xatırladaq ki, F.Fərəməzoğlu iyulun 1-də saxlanılıb.

Son xəbərlər

Orphus sistemi