Daha bir piyada yol qəzasının qurbanı olub

Daha bir piyada yol qəzasının qurbanı olub Faktla bağlı araşdırma aparılır
Hadisə
21 İyul , 2015 17:10
Daha bir piyada yol qəzasının qurbanı olub

Bakı. 21 iyul. REPORT.AZ/ Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə hadisə rayonun Əliyanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Yaralı aldığı xəsarətdən yerindəcə keçinib. Qəza zamanı ölən şəxsin kimliyini hələ ki, müəyyən etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi