Azərbaycanda itkin düşən 15 yaşlı qız tapılıb

Azərbaycanda itkin düşən 15 yaşlı qız tapılıb Onun atası Bərdə Rayon Polis Şöbəsinə müraciət edib
Hadisə
9 Sentyabr , 2015 12:27
Azərbaycanda itkin düşən 15 yaşlı qız tapılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda itkin düşən 15 yaşlı qız Ağdamda tapılıb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 8-də Bərdə rayonunun Şirvanlı kənd sakini Yusif Quliyev Rayon Polis Şöbəsinə müraciət edərək sentyabrın 7-də qızı, 15 yaşlı Nazpərinin yaşadığı evdən çıxıb geri qayıtmadığını bildirib.

N.Quliyeva polis əməkdaşları tərəfindən Ağdam rayonu ərazisində tapılaraq valideyinlərinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi