Azərbaycandakı məşhur istirahət mərkəzində xuliqanlıq etmiş şəxslər həbs edilib

Azərbaycandakı məşhur istirahət mərkəzində xuliqanlıq etmiş şəxslər həbs edilib Hazırda cinayət işi üzrə istintaq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində davam etdirilir
Hadisə
18 Dekabr , 2014 14:43
Azərbaycandakı məşhur istirahət mərkəzində xuliqanlıq etmiş şəxslər həbs edilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Xaçmaz rayonunda fəaliyyət göstərən “Atlant” istirahət mərkəzində xuliqanlıq etmiş şəxslər həbs edilib. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilib ki, “Atlant” istirahət mərkəzində bu ilin 1 avqust tarixində Bakı şəhər sakini Əliyev Ziya Elxan oğlunun tanışı Ağayev Vüqar İslam oğlu ilə sərxoş vəziyyətdə qrup halında ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində silah qismində istifadə edilən ov tüfənginin tətbiq olunacağı hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, o cümlədən sonuncunun diskotekanın işçisini nalayiq sözlərlə təhqir etməsində və ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən istirahət mərkəzinin mühafizəçilərinə müqavimət göstərməklə onlara xəsarət yetirməsində, habelə Z.Əliyevin onun qərəzli hərəkətlərinə dəstək verərək gəzdirdiyi “Çatuş C-507” markalı ov tüfəngini nümayiş etdirib atəş açacağı və istirahət mərkəzində olan şəxslərə real xəsarət yetirəcəyi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri törətmələrində əsaslı şübhələr olduğundan faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Z.Əliyev və V.Ağayev tutularaq istintaqa cəlb edilmiş və onlara CM-nin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə Səbail rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində davam etdirilir.

Son xəbərlər

Orphus sistemi