Ali Məhkəmədə İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq

Ali Məhkəmədə İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq Məhkəməyə hakim Gülzar Rzayeva sədrlik edəcək
Hadisə
5 Yanvar , 2016 18:32
Ali Məhkəmədə İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq

Bakı. 5 yanvar. REPORT.AZ/ "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyev barəsindəki məhkəmə hökmünün dəyişdirilməsi üçün Ali Məhkəməyə kassasiya şikayəti verib.

Bu barədə “Report”a onun vəkili Cavad Cavadov bildirib.

Vəkil deyib ki, İ.Əliyevin məhkum olunmasına dair məhkəmə hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edilib. C.Cavadovun sözlərinə görə, işə yanvarın 26-da hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Orphus sistemi