İnək sahibini ölümcül yaralayıb - FOTO

İnək sahibini ölümcül yaralayıb - FOTO Yaralının vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
15 Aprel , 2015 18:00
İnək sahibini ölümcül yaralayıb - FOTO

Bakı. 15 aprel. REPORT.AZ/ Bərdədə inək sahibini ölümcül yaralayıb. “Report”un xəbərinə görə, hadisə rayonun Qaratəpə kəndində baş verib. Laçın rayonundan məcburu köçkün olan 76 yaşlı Dilşad Qocayevanı fərdi təsərrüfatında saxladığı iri buynuzlu mal-qaraya qulluq göstərərkən heyvanlardan biri sahibini buynuzu ilə yaralayıb. 

Ağır bədən xəsarəti alan qadın Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb, vəziyyəti ağır olduğundan dərhal əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının durumu ağır olaraq qalır. 

Son xəbərlər

Orphus sistemi