Xaçmazda zorlama hadisəsi baş verib, iki nəfər həbs olunub

Xaçmazda zorlama hadisəsi baş verib, iki nəfər həbs olunub Hazırda iş üzrə istintaq davam etdirilir
Hadisə
21 Aprel , 2015 16:03
Xaçmazda zorlama hadisəsi baş verib, iki nəfər həbs olunub

Bakı. 21 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Xaçmaz rayonunda baş verən zorlama hadisəsi ilə bağlı birgə məlumat yayıb. 

“Report”un xəbərinə görə, birgə məlumatda bildirilib ki, aprelin 16-da saat 14.00 radələrində Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbinin sanitar qovşağında kənd sakini Nərminə Cəfərovaya (ad və soyad şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində N.Cəfərovaya qarşı mənəviyyata və hüquqa zidd hərəkətlərin həmkəndliləri - Fərid Həsənov və Valeh Xurşudov tərəfindən törədilməsi müəyyən olunub.

Cinayəti törətməkdə şübhəli bilinən hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi