​Baş Prokurorluq kişinin iki arvadını öldürməsi ilə bağlı rəsmi məlumat yayıb

​Baş Prokurorluq kişinin iki arvadını öldürməsi ilə bağlı rəsmi məlumat yayıb 9 il əvvəl törədilmiş qətlin üstü açılıb
Hadisə
18 Fevral , 2015 17:00
​Baş Prokurorluq kişinin iki arvadını öldürməsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 18 fevral. REPORT.AZ/ Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2006-cı ildə törədilmiş qətlin üstü açılıb. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, şəhər prokurorluğunda Gəncə şəhər sakini Esmira Bağban qızı Əliyevanın 2014-cü ilin oktyabr ayının sonlarında qəsdən öldürülməsi faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Vidalət Təbriz oğlu İsmayılov təqsirləndirilən şəxs qismində dindirilərkən 31 may 2006-cı il tarixdə Gəncə şəhərində yaşadığı evdə keçmiş arvadı, 1977-ci il təvəllüdlü Rəna Arif qızı Əsgərovanı qəsdən öldürərək həmin ünvanda torpağa basdırdığını bildirib.

Həmin məlumat əsasında fevralın 18-də Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşlarının iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən təqsirləndirilən şəxs V.İsmayılovun ifadəsində göstərdiyi yer qazılaraq oradan parçaya bükülmüş vəziyyətdə insan meyiti aşkar edilərək çıxarılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təqdim edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi